Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub 22 Sentyabr 2021 13:10 Hadisə Ukrayna Prezidenti Vladimir Zelenskinin baş müşaviri Sergey Şefirə sui-qəsd cəhdi olub. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, hadisə Kiyev yaxınlığındakı Lesniki kəndinin ətrafında baş verib. Bildirilib ki, bu gün səhər S. Şefirin olduğu avtomobilə odlu silahdan 10 dəfə atəş açılıb. Ukrayna polisinin məlumatına görə, hadisə zamanı S. Şefirin sürücüsü yaralanıb, özü isə xəsarət almayıb. Sürücü reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır. Teqlər : #Ukrayna,#Prezidentinin,#baş,#müşavirinə,#suiqəsd,#cəhdi,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - VIDEO Batumini su basıb - FOTO