Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var 27 Sentyabr 2021 13:06 Hadisə Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İraklion şəhərindən 20 kilometr məsafədə, yerin 2 kilometr dərinliyində qeyd alınıb. Hadisə nəticəsində bir nəfər həlak olub, daha 9 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunub ki, birinci təkandan sonra 3,6 bal, 3,7 bal və 4,3 bal gücündə ard-arda üç təkan qeydə alınıb. / Trend/ Teqlər : #Yunanıstanda,#güclü,#zəlzələ,#olub,#Ölən,#və,#yaralananlar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda partlayış olub, ölənlər var Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb