Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər 29 Sentyabr 2021 12:14 Yəmən Dünya Ərzaq Proqramı, Yəmən xalqına humanitar yardım göstərilməsə, 16 milyon insan aclıqdan ölə bilər. Maide.az “Russia Today”-ə istinadla xəbər verir ki, Dünya Qida Proqramının rəhbəri David Beasley bu barədə açıqlama verrib. O, bildirib ki, yeni bir büdcə verilmədiyi təqdirdə milyonlarla insan aclıq çəkəcək. David Beasley bildirib ki, oktyabr ayında Yəmənə ayrılan ərzaq büdcəsinin vaxtı bitir. “Büdcə tükənir və oktyabr ayında 1,2 milyon Yəmənliyə ərzaq yardımını dayandırmağa məcbur olacağıq. Bu rəqəm dekabr ayına qədər beş milyona çatacaq ” O, həmçinin dünyanı Yəməndəki təcavüzkarlara müharibəni dayandırmaq üçün təzyiq göstərməyə çağırıb. Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş, mart ayında İsveç və İsveçrənin ev sahibliyi etdiyi virtual konfransda Yəmən üçün 3,85 milyard dollar ayrılmasını təklif etmişdi. Lakin donorlar cəmi 1,7 milyard dollar ayırmışdılar. Xatırladaq ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hücumları nəticəsində cari ilin əvvəlindən Yəməndə 1200-dən çox mülki şəxs öldürülüb. 2015-ci ildən Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə təcavüzü nəticəsində milyonlarla insan təhsil, səhiyyə və içməli sudan məhrum olub. Teqlər : # Dünya Ərzaq Proqramı,#Yəmən ,#aclıq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmənin bir çox şəhərində yürüş keçirilib Ənsarullah: 'Sülh istəyən kəs müharibəni bitirməli və Yəməni tərk etməlidir'
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'