Ekvador həbsxanasında toqquşmada ölənlərin sayı 100-ü keçib 30 Sentyabr 2021 08:44 Hadisə Ekvadorun qərbində yerləşən Quayakil həbsxanasında baş verən toqquşmalarda ölənlərin sayı 100 nəfəri ötüb. APA xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsi “Twitter”də məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə 100-dən çox ölüm, 52 yaralı qeydə alınıb. Mövcud vəziyyətlə əlaqədar Ekvador Prezidenti Quillermo Lasso ölkənin cəzaçəkmə sistemində 60 gün fövqəladə vəziyyət elan edib. Rəsmi açıqlamalara görə, həbsxanada baş verən atışmaya səbəb müxtəlif dəstə nümayəndələri arasında yaranan münaqişə olub. Hazırda həbsxanada vəziyyətin nəzarətə götürüldüyü bildirilir. Teqlər : #Ekvador,#həbsxanasında,#toqquşmada,#ölənlərin,#sayı,#100ü,#keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb Venesuelada neft kəməri partlayıb