Həmas: Lapidin Bəhreynə səfəri xəyanətdir 01 Oktyabr 2021 11:18 Fələstin Sionist rejimin xarici işlər naziri Yair Lapidin Bəhreynə səfərini bir kəlmədə ifadə etmək olar: “Xəyanət”. Maide.Az “almayadeen” ə istinadla xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) üzvü Mahmud Əz-Zahar deyib. M.Əz-Zahar işğalçı rejimin xarici işlər nazirinin Bəhreynə səfərini kəskin pisləyib. “Bəzi ölkələr özünü ABŞ-dan asılı vəziyyətə gətiriblər və rəsmi Vaşinqtonu razı salmğa çalışırlar. Sionist rejimlə münasibətlərini adiləşdirən Ərəb ölkələri öz əlləri ilə özlərini cəzalandırır. Adiləşmə ilə bağlı əldə olunan razılaşmadan faydalanan yeganə tərəf sionist rejimidir”. ABŞ prezidenti Co Baydenin İsrail rejimi üçün sabitlik ərməğan gətirə bilməyəcəyini deyən M.Əz-Zahar qeyd edib ki, çünki Bayden üçün ABŞ-ın mənfəti bütün mənfətlərdən üstündür. “Əgər ABŞ-ın gücü olsaydı Əfqanıstandan qaçmazdı”. Əz-Zahar işğalçı İsrail rejimi ilə münasibətləri adiləşdirən ölkələrdən istəyib ki, tutduqları yoldan geri dönsünlər və Fələstin xalqının yardımına tələssinlər. Qeyd edək ki, sionist rejimin xarici işlər naziri Yair Lapid ötən gün Bəhreynə rəsmi səfər edib. Səfər çərçivəsində sionist rejimin Bəhreyndə səfirliyinin açılışı olub. Xatırladaq ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır. Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri Fələstin məsələsini siyasi gündəmdən salmaq üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar. Teqlər : #Həmas:,#Lapidin,#Bəhreynə,#səfəri,#xəyanətdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ işğalçı İsrail rejiminin raket sistemləri üçün 1 milyard dollar ayırır İsrail rejimi 2194 Fələstinli uşağı qətlə yetirib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar