Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO 05 Oktyabr 2021 12:10 İslam lideri Bu gün səhər Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə sonuncu peyğəmbər Həzrət Muhəmməd Mustafanın (s) vəfatı və Həzrət İmam Həsən Müctəbanın (s) şəhadət ildönümünə həsr edilmiş matəm mərasimi keçirildi. Maide.az “Leader.ir” saytına istinadla xəbər verir ki, sağlamlıq protokolları səbəbindən cəmiyyətin itşirakı olmadan keçirilən bu mərasimdə çıxış edən Höccətül-İslam Ali Peyğəmbəri-Əkrəmi (s) Allahın ən böyük təcəllisi adlandırıb. O bildirib ki, Peyğəmbəri-Əkrəmin (s) ən yaxşı tanıdıcısı Mütəal Allahın özüdür. Allah – Taala Qurani Kərimdə Peyğəmbəri (s) belə tanıtdırır: “Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.” (Tövbə surəsi, ayə 128) Həmçinin bu mərasimdə iştirak edən cənab Sələhşur zikri-müsibət və mərsiyə oxudu. Teqlər : #Ali Rəhbər,#Peyğəmbər (s) ,#İmam Həsən (ə), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır Ali Rəhbərin iştirakı ilə İmam Rzanın (ə) şəhadət gününə həsr edilmiş mərasim keçirildi – FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB