Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər 05 Oktyabr 2021 13:16 Sağlamlıq Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq. Maide.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Qeyd olunur ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası qərar qəbul edib: Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Teqlər : #Azərbaycanda,#1215,#yaşlı,#yeniyetmələrə,#vaksin,#vurla,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda hər il 24 min insan bu xəstəlikdən ölür - ÜST Yerdə maqnit qasırğası başlayıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir