Ağ ev: Əfqanıstanın dondurulmuş aktivləri buraxılmayacaq 13 Oktyabr 2021 12:21 Dünya Əfqanıstan aktivlərinin dondurulması səbəbindən humanitar böhran astanasında olduğu bir vaxtda, Ağ Evin sözçüsü Jan Saki rəsmi Vaşinqtonun bu aktivləri buraxmaq fikrində olmadığını söyləyib. Maide.Az xəbər verir ki, J.Saki Əfqanıstanda humanitar böhranla mübarizə aparmaq üçün G20 -nin fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Vaşinqtonun Əfqanıstan aktivlərinin azad edilməsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. Qeyd edək ki, ABŞ Əfqanıstanın təqribən 10 milyard dollar aktivini dondurub. Beynəlxalq təşkilatlar Əfqanıstanda humanitar böhranın yaşanması ilə bağlı xəbərdarlıq edib və bu ölkədə iqtisadi çöküşün qarşısının alınması üçün ölkələri Əfqanıstana yardım etməyə çağırır. Dünyannı “demokratiyaya” çağıran ABŞ hökumətinin bu addımı milyonlarla insanın həyatını məhv etməyə hesablandığı bildirilir. Teqlər : #Ağ,#ev:,#Əfqanıstanın,#dondurulmuş,#aktivləri,#buraxılmayacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Pakistana səfəri başlayıb İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO