Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb 14 Oktyabr 2021 14:22 Xəbərlər Özbəkistan ərazisində və onun hüdudlarından kənarda yerləşən seçki məntəqələrində oktyabrın 24-nə təyin edilmiş prezident seçkilərindən əvvəl səsverməyə başlanılıb. Maide.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın MSK-nın üzvü Gülnoza İsmoilova məlumat verib. “Özbəkistan Seçki Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, oktyabrın 24-nə təyin edilmiş növbəti prezident seçkiləri çərçivəsində keçiriləcək vaxtından əvvəl səsvermə oktyabrın 14-dən 20-dək davam edəcək. Vaxtından əvvəl səsvermədə iştirak etmək istəyən seçici seçkilər günü iştirak etməmə səbəbini göstərməklə müvafiq seçki komissiyasına yazılı şəkildə müraciət etməlidirlər”, - o bildirib. Xatırladaq ki, Özbəkistanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi yaradılıb. Teqlər : #Özbəkistanda,#prezident,#seçkilərindən,#gün,#əvvəl,#səsverməyə,#başlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb