Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO 19 Oktyabr 2021 12:59 Xəbərlər NATO-nun Rusiya siyasəti ardıcıllığını qoruyur. Rusiyanın təcavüzkar hərəkətlərinə cavab olaraq müdafiəmizi artırdıq. Maide.Az "DW"ə istinadla xəbər verir ki, bunu NATO rəsmisi Oana Lunqesku bildirib. O qeyd edib ki, NATO-Rusiya Şurası vasitəsilə dialoqa hazırdırlar. Qeyd edək ki, son vaxtlar NATO Rusiyanın nümayəndəlikdə olan 8 əməkdaşını casusluqda ittiham edərək onları "arzu olunmaz şəxs" elan edib. NATO-nun baş katibi Yens Stoltenberq qərarın baş verənlərlə heç bir əlaqəsi olmadığını açıqlasa da, o, Rusiyanın düşmənçilik davranışının son zamanlar artdığını vurğulayıb. Rusiya NATO -nu Rusiya sərhədlərinə yaxınlaşmaqda günahlandırır. Digər tərəfdən, NATO, Krım yarımadasının Rusiyaya birləşdirilməsi səbəbindən üzv dövlətlərin şərq bölgələrində varlığını gücləndirdiyini açıqlayır. Teqlər : #Rusiyaya,#qarşı,#müdafiəmizi,#artırdıq,#NATO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək Livan parlament seçkilərinin vaxtı açıqlanıb