ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 41,5 min hərbçisi cəlb edilib 06 İyun 2020 08:49 Dünya ABş-ın 33 ştatında kütləvi etiraz aksiyaları ilə əlaqədar asayişi qorumaq üçün səfərbər edilmiş Milli Qvardiya hərbçilərinin sayı 41,5 minə çatıb. Maide.Az Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə "CNN" telekanalı məlumat verir. Telekanalın məlumatına əsasən, onlardan 5,1 mini Vaşinqtonun Kolumbiya dairəsində asayişi qorumağa cəlb ediliblər. Bildirilir ki, ötən gün 32 ştatda və Kolumbiya dairəsində asayişi qorumağa cəlb edilən Milli Qvardiya hərbçilərinin sayı 32,4 min təşkil edirdi. Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Teqlər : #ABŞda,#etirazlarla,#əlaqədar,#ştata,#Milli,#Qvardiyanın,#min,#hərbçisi,#cəlb,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstriyadakı Corc Floyd mitinqində Avropada artan irqçiliyə etiraz olundu- FOTO Türkiyədə avtobus qəzası: 20-yə yaxın yaralı var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO