ABŞ-da iki təyyarə toqquşub: nümayəndələr palatasının deputatı və daha 6 nəfər ölüb

ABŞ-da iki təyyarə toqquşub: nümayəndələr palatasının deputatı və daha 6 nəfər ölüb

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.
 
Hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib. ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər hadisə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.
 
H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.
 
Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.Trend /
 

Google+ WhatsApp ok.ru