ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu və buna Zaxarovanın cavabı olub 21 İyun 2021 10:51 Dünya Vaşinqton, Aleksey Navalnı ilə bağlı vəziyyətlə əlaqədar olaraq Rusiya Federasiyasına qarşı yeni sanksiyalar hazırlayır. APA bildirir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Jeyk Sullivan bu gün CNN telekanalına verdiyi müsahibədə bildirib. Co Baydenin köməkçisi deyib ki, birincisi, izləyicilərinizin Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etdiyimizi başa düşməsi vacibdir və bununla bağlı tətbiq olunacaq başqa bir sanksiya paketi hazırlayırıq: “Rusiyanın zərərli hərəkətlərinə cavaba gəldikdə hər zaman zərbələrimizi yumşaltmayacağımızı nümayiş etdirdik”. Qeyd edək ki, Navalny 20 avqust 2020-ci ildə Tomsk-Moskvaya reysi ilə uçan təyyarənin göyərtəsində xəstələnəndən sonra zəhərlənmə diaqnozu ilə Omsk xəstəxanasına qaldırılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, Vaşinqtonun Navalnı ilə bağlı yeni sanksiya paketi hazırlamasına cavab verməkdə gecikməyib: “ABŞ-ın qanunsuz hərəkətləri hər zaman məntiqi cavabımız olub”. Teqlər : #ABŞdan,#Navalnı,#ilə,#bağlı,#Rusiyaya,#qarşı,#yeni,#sanksiya,#anonsu,#və,#buna,#Zaxarovanın,#cavabı,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran Azərbaycanla ticarəti dəmiryolu sahəsində də şaxələndirmək niyyətindədir – İran səfiri Mərakeşin hakim partiyasının rəsmisi: 'İsrail rejiminin səfiri ölkədən qovulmalıdır'
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO