ABŞ-ın Əfqanıstandakı bazasına silahlı hücum

ABŞ-ın Əfqanıstandakı bazasına silahlı hücum

ABŞ-ın Əfqanıstandakı ən böyük hava bazası olan Baqramda işləyən əfqan heyətinə edilən silahlı hücum nəticəsində altı nəfər ölüb.
 
Maide.Az xarici KİV-ə isitnadla xəbər verir ki, Pərvan valisinin sözçüsü Vahidə Şəhkar mətbuata verdiyi açıqlamada bildirib ki, hücum edənlərin kimliyi bilinmir.
 
Şəhkar Baqramda 3 nəfərin də yaralandığını söyləyib.
 
Təcavüzkarların bölgədən qaçdıqlarını deyən Şəhkar, hücumun məsuliyyətini Talibanın daşıdığını vurğulayıb.

Google+ WhatsApp ok.ru