ABŞ-ın mənfur ‘Əsrin müqaviləsi’ planına qarşı Qəzzada etiraz - FOTO

ABŞ-ın mənfur ‘Əsrin müqaviləsi’ planına qarşı Qəzzada etiraz - FOTO

ABŞ-ın prezidenti Donald Trampın bu gün (28 yanvar) açıqlayacağını bildirdiyi və “Əsrin müqaviləsi” adlandırdığı planına qarşı Qəzzada etiraz aksiyası keçirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Qəzzanın müxtəlif bölgələrində təşkil edilən nümayişlərdə, ABŞ ilə İsrail rejiminin yürütdüyü siyasətlərə etiraz edən fəallar, “Əsrin müqaviləsinə yox”, “Milli birliyə HƏ” yazılmış plakatlar qaldırıblar.
 
Əş-Şati qaçqın düşərgəsində təşkil edilən aksiyada danışan Fələstin Xalq Komitələri rəsmisi Nasr Əhməd, planın elan edilməsi və məzmununun məcbur edilməsinin beynəlxalq qanunları pozan birtərəfli bir addım olduğunu söyləyib.
 
“Mövcudiyyətimizin və mübarizəmizin hədəfə alındığı kritik bir yolayrıcındayıq”, - deyən Əhməd, planın tətbiq olunması ehtimalı barədə xəbərdarlıq edərək, fələstinli qruplara siyasi ixtilafları kənara qoymağa dəvət edib.
 
O, ərəb və İslam ölkələrindən də plana qarşı çıxmalarını və Fələstin xalqının yanında dayanmalarını istəyib.
 
Qəzzanın cənubundakı Xan Yunus şəhərində təşkil olunan mitinqdə çıxış edən komitə sədrinin müavini Adnan Əl-Fəqavi, qondarma sülh planını rədd etdiklərini bildirərək, Fələstin xalqının azadlıq və müstəqillik hüquqlarından danışıb.
 
Rifah şəhərindəki mitinqdə isə nümayişçilərə xitab edən komitə rəsmisi Məhəmməd Əl-Muzəyyən, planın məqsədinin “Fələstin işini aradan aparmaq” olduğunu bildirib.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru