ABŞ-ın rəhbərlik etdiyi koalisiya əməliyyatlarda 1400-dən çox dinc sakini öldürüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya əməliyyatlarda 1400-dən çox dinc sakini öldürüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı azı 1410 dinc sakin həyatını itirib. 
 
Maide.Az xəbər verir ki, bu barədə koalisiyanın məruzəsində bildirilir.
 
Məlumata əsasən, koalisiya  2014-cü ildən indiyədək  34 min 917  əməliyyat həyata keçrib. 
 
"Daxil olmuş informasiyalara əsasən çox güman ki, azı 1410 dinc sakin əməliyyatın başlanğıcından koalisiyanın səhvən endirdiyi zərbələri nəticəsində həlak olub", - deyə sənəddə qeyd olunur.
 
 Qeyd edək ki, beynəlxalq  insan haqları təşkilatlarının məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada endirdiyi zərbələr nəticəsində 11800 dinc sakin qətlə yetirilib. 
 

Google+ WhatsApp ok.ru