ABŞ-ın İrana qarşı sabiq beynəlxalq sanksiyaları bərpa etmək cəhdi baş tutmayacaq - Lavrov

ABŞ-ın İrana qarşı sabiq beynəlxalq sanksiyaları bərpa etmək cəhdi baş tutmayacaq - Lavrov

"ABŞ özü nüvə sazişindən çıxaraq BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsini birtərəfli qaydada pozub. İndi ABŞ-ın bu qətnamənin ifadə etdiyi mexanizmdən (dispute mechanism) istifadə edərək, İrana qarşı sabiq beynəlxalq sanksiyaları qaytarmağa gücü çatmayacaq."
 
Maide.Az "SalamNews"a istinadla xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən gün keçirilən forumda deyib.
 
ABŞ-ın İrana qarşı yeni sanksiya həmləsinə münasibət bildirən Sergey Lavrov deyib ki, rəsmi Vaşinqton 2231-ci qətnaməni öncədən pozaraq buradan çıxıb və indi bu qətnamədən istifadə edib İrana qarşı sabiq sanksiyaları bərpa etməyə haqqı çatmır.
 
Qeyd edək ki, ABŞ dövləti ötən həftə sözügedən addıma başladığını bildirib.
 
Bundan öncə ABŞ BMT TŞ-da İrana qarşı silah enbarqosunun uzadılması üçün qətnamə layihəsi qaldırsa da bu rədd edilib.

Google+ WhatsApp ok.ru