ABŞ 7 milyard dollar xərcin qarşılığında yalnız uğursuzluq qazanıb – Ayətullah Xamenei

ABŞ 7 milyard dollar xərcin qarşılığında yalnız uğursuzluq qazanıb – Ayətullah Xamenei

“ABŞ-ın maksimum təzyiq siyasəti uğursuzluğa düçar olub. Onlar xəyal edirdi ki, maksimum təzyiqlə İslam Respublikasını yumşalda biləcəklər. Bu saata kimi Allahın lütfü ilə bunu bacara bilmədilər və anladılar ki, maksimum təzyiq onların özləri üçün problem yaradır.”

Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətulah Seyid Əli Xamenei bu gün İslam İnqilabı Keşikçilər Korpusu zabitləri ilə görüşündə deyib. Ayətullah Xamenei deyib ki, onlar son günlərə kimi İranın təslim olmasını simvolik göstərmək üçün yalvardılar və prezideti görüşə məcbur etmək istədilər. “Avropalı dostlarını vasitəçi qərar verdilər, lakin buna nail ola bilmədilər.”

Ayətullah Xamenei ABŞ-ın düşmənçilyinin bariz nümunəsi kimi “Sepah”a qarşı sanksiya tətbiq etməsini göstərərək bildirib ki, bu düşmənçilik Sepahın uğurları və inkişafı ilə təsirsiz olacaq. “Sepah dost və düşmənin gözündə daha da izzətli olacaq.”

Ayətullah Xamenei düşmənlərin, xüsusilə ABŞ-ın Əfqanıstan, İraq və Suriayda çoxlu xərc çəkdiyini bildirib. “Onlar İŞİD-i yaratıdı, silah, pul və təbliğatla müdafiə etdi, Suriya, İraq və İran gəncləri İŞİD-i məhv etdi lakin onlar yalandan İŞİD-i məhv etdiklərini iddia etdilər. ABŞ prezidenti bölgədə 7 milyard dollar vəsait xərclədiyini etiraf edib, lakin bu xərcin qarşılığında ziyan və uğursuzluqdan başqa heç bir şey əldə edə bilməyiblər. Bundan sonra da bu belə olacaq.”

Ayətullah Xamenei ölkənin iqtisadi problemlərinin həlli yolunun daxili imkanlardan istifadə olduğunu vurğulayıb və deyib ki, bəziləri cari ilin çox ağır olacağını idda edirdi. “Lakin hazırda görürsüz ki, ölkənin məsul şəxslər özləri cari ildə iqtisadi inkişafın olduğunu bildirir. Düzdür xalqın güzəranı ağırdır, lakin əgər məsul şəxslər güclü, məntiqli və mücahidcəsinə iş görsələr xalqın dolanışığı və güzəranı da yaxşılaşacaq”.

Google+ WhatsApp ok.ru