ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı

ABŞ “terrorizmlə mübarizə” adı altında yarım milyon insan öldürüb - Siyahı

ABŞ-ın 11 sentyabr 2001-ci ildə Dünya Ticarət Mərkəzinin partladılmasından sonra “terrorizmlə mübarizə” adı altında başlatdığı əməliyyatlarda 480-507 min arası insan öldürülüb.
 
Maide.Az "Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Braun Universitetinin nəzdindəki Uotson İntutunun araşdırmasında qeyd olunub.
 
Məlumata görə, ən çox ölüm hadisələri Əfqanıstan, İraq və Pakistanda qeydə alınıb. Amerikanın itkilərinin isə İraq və Əfqanıstanda 7 min əsgər olduğu bildirilir.
 
Silahsız vətəndaşların öldürülməsi ilə bağlı rəqəmlər aşağıdakı kimidir:
 
- İraqda 204 min 575 nəfər
 
- Əfqanıstanda 38 min 480 nəfər
 
- Pakistanda 23 min 372 nəfər
 
Araşdırmanı qələmə alan Nera Krauford ölü sayının daha çox ola biləcəyini də istisna etməyib. Müharibələr zamanı xəstəliklərdən ölənlər isə siyahıya daxil edilməyib.
 
ABŞ-ın bu əməliyyatlara ümumilikdə 6 trilyon dollar yaxın maliyyə sərft etdiyi də vurğulanıb.
 

Google+ WhatsApp ok.ru