ABŞ Əfqanıstandan 4 min hərbiçisini çıxaracaq

ABŞ Əfqanıstandan 4 min hərbiçisini çıxaracaq

ABŞ 4 min hərbiçisini Əfqanıstandan  cari ilin  payızında çıxarmağı  planlaşdırır. 
 
Maide.Az xəbər verir ki, bu barədə CNN  məlumat verib.
 
Məlumata görə,  ABŞ-Əfqanıstan İslam Respublikası Ortaq Dekalarasiyası və "Əfqanıstana Sülhü Gətirmək Razılaşması”  çərçivəsində ABŞ-ın bu ölkədəki əsgər sayı 8 min 600-ə çatıdırılmalıdır.
 
Qeyd edək ki, hazırda ABŞ-ın Əfqanıstanda 12 min əsgəri var.  
 
ABŞ-Taliban arasında "Əfqanıstana Sülhü Gətirmək Razılaşması” Qətərin paytaxtı Dohada fevral ayının sonuncu günündə imzalanmışdı.

Google+ WhatsApp ok.ru