ABŞ Dövlət Departamenti 50 ədəd 'F-35' qırıcısının BƏƏ-yə satılmasına icazə verdi

ABŞ Dövlət Departamenti 50 ədəd 'F-35' qırıcısının BƏƏ-yə satılmasına icazə verdi

ABŞ Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ümumilikdə 23,37 milyard dollar dəyərində “Lockheed Martin” şirkətinin istehsalı olan 50-dək “F-35” qırıcısı, habelə 18 ədəd “MQ-9B” pilotsuz uçan aparatı (PUA) və digər qabaqcıl silah sistemləri satmağı düşünür.

Dövlət Departamenti alğı-satqı müqaviləsinə rəsmi razılığın verilməsi barədə Konqresi də məlumatlandırıb.   

Maide.Az "apa"a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir.   

“Bu gün Dövlət Departamentinə BƏƏ-nin təklif etdiyi 23,37 milyard dollar dəyərində bir neçə qabaqcıl silah sistemi, o cümlədən 10,4 milyard dollar dəyərində 50 ədəd “F-35” təyyarəsi, 2,97 milyard dollar dəyərində 18-dək “MQ-9B” pilotsuz uçan aparatı satılmasına icazə vermə niyyətimiz barədə Konqresi xəbərdar etməyi tapşırdım”, - sənəddə belə deyilir.

Qeyd edək ki,  ABŞ, Yəmənə təcavüz edən Səudiyyə Ərəbistan rejimi və BƏƏ rejiminə  silah yardımını və satışını davam etdirir.  ABŞ həmçinin, koalisiya ilə bölüşmək üçün kəşfiyyatı da gücləndirib. 
 
 Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 

Google+ WhatsApp ok.ru