ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ hərbi gəmisi Qara dənizə daxil olub

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Donald Kuk DDG 75” (Donald Cook) idarəolunan raket daşıyan gəmi Qara dənizə daxil olub.
 
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrika üzrə Baş Qərargahının bəyanatında bildirilib.
 
Qeyd olunub ki, NATO missiyası çərçivəsində 7-ci dəfə Qara dənizə daxil olan hərbi gəmi patrul xidməti həyata keçirəcək.
 
“ABŞ donanmasının gəmiləri müntəzəm olaraq Qara dənizə daxil olaraq NATO müttəfiqləri olan Türkiyə, Ukrayna, Rumıniya, Bolqarıstan və Gürcüstana dəstək məqsədi ilə patrul xidməti həyata keçirir”, - deyə bəyanatda bildirilib.

Google+ WhatsApp ok.ru