ABŞ husiləri Yəməndə legitim və qanuni hərəkat olaraq tanıdığını bildirib

ABŞ husiləri Yəməndə legitim və qanuni hərəkat olaraq tanıdığını bildirib

ABŞ husiləri (Ənsarullah Hərəkatını) Yəməndə legitim və qanuni hərəkat olaraq tanıdığını bildirib
  
Maide.Az "SalamNews" a istinadla xəbər verir ki, bunu ABŞ-ın Yəmən üzrə nümayəndəsi Tim Linderkinq ötən günkü açıqlamasında deyib.
 
T.Linderkinq ötən gün “Ərəb-ABŞ əlaqələri şurası” adlı qurumun keçirdiyi videokonfransda çıxışı zamanı bildirib ki, ABŞ husiləri legitim qüvvə kimi tanıyır.
 
O bildirib ki, husilər Yəməndə (döyüş və siyasi meydanlarda) ciddi nəticələr əldə ediblər və onları siyasi rəqabətdən kənarlaşdırmaq olmaz.
 
Qeyd edək ki, sabiq ABŞ hökuməti son günlərində Yəmənin Ənsarulla hərəkatını (husilər) qara siyahısına salmışdı.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ildən Yəməndə (kənarlaşdırılmış və ölkədən qaçmış prezident Abdu-Rabbih Mansur Hadinin) legitimliyi dəstəkləmək adı ilə bu ölkədə təcavüz edib. 

Google+ WhatsApp ok.ru