ABŞ işğalçı İsrail rejiminin raket sistemləri üçün 1 milyard dollar ayırır

ABŞ işğalçı İsrail rejiminin raket sistemləri üçün 1 milyard dollar ayırır

ABŞ-ın Nümayəndələr Palatası İsrailin "Dəmir Günbəz" raket əleyhinə müdafiə sistemləri üçün 1 milyard dollar ayrılmasına razılıq verib.
 
Maide.Az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti məlumat yayıb.
 
Qanun layihəsi işğalçı İsrail rejiminə qısa mənzilli raket təhdidlərinə qarşı "Dəmir Günbəz" müdafiə sistemi satın alması üçün 1 milyard dollar ayrılmasını nəzərdə tutur.
 
Məlumata görə Konqresin aşağı palatasının 435 üzvündən 420-si layihəyə dəstək verib.
 
Reuters-in məlumatına görə, ABŞ işğalçı İsrail rejiminə "Dəmir Günbəz" müdafiə sistemlərinin alınması və texniki baxışı üçün hər il 1.6 milyrd dollar pul ayırır. 

Google+ WhatsApp ok.ru