ABŞ mediası müsəlmanlardan mənfi imic formalaşdırır

ABŞ mediası müsəlmanlardan mənfi imic formalaşdırır

Amerika mediası müsəlmanlarla bağlı ən mənfi xəbərləri yayımlayır. 
 
Maide.Az "Anadolu" agentliyinə isitnadla xəbər verir ki, bunu Middlebury Kollecinin (Vermont ştatı, ABŞ) mediada olan materialların qiymətləndirilməsi zamanı əldə edilən nəticələri sübut edir.
 
Tədqiqatçılar "The New York Times", "The Washington Post", "The Wall Street Journal" və "USA Today" jurnallarında 2018-ci ildə milli azlıqlar haqqında dərc olunan materialları qiymətləndirib.
 
Materiallar əsasən, afroamerikalılar, asiya mənşəli amerikalılar, latınamerikalılar, yəhudilər və müsəlmanlar haqqında olmuşdur.
 
Ümumilikdə mütəxəssislər 26626 xəbəri araşdırmışlar ki, bunlardan 9032 müsəlmanlara, 6499 afroamerikalılara, 5980 isə yəhudilərə aid olmuşdur.
 

Google+ WhatsApp ok.ru