ABŞ, İngiltərə və Avstraliya Çinə qarşı birləşir

ABŞ, İngiltərə və Avstraliya Çinə qarşı birləşir

İngiltərə, ABŞ və Avstraliya Çinin artan gücünə qarşı çıxmaq üçün qabaqcıl müdafiə texnologiyalarından istifadə üçün xüsusi bir müqavilə imzaladıqlarını açıqlayıblar. 
 
Maide.Az BBC-ə  istinadla xəbər verir ki,  Bu əməkdaşlıq Avstraliyaya ilk dəfə nüvə enerjisi ilə işləyən sualtı qayıqlarla təchiz etmək imkan verəcək.
 
“Aukus” adlanan müqaviləyə əsasən üç ölkə süni intellekt, kvant texnologiyası və kiber mövzusunda əməkdaşlıq edəcək. Üç ölkə Çinin Sakit okean və Hind okeanı bölgəsində gücünün artması və hərbi varlığından narahatdır.
 
Məlumata görə, Çinin Vaşinqtondakı səfirliyi bu müqaviləyə münasibət bildirib: “Ölkələr soyuq müharibə zehniyyətindən və ideoloji önyargılarından çəkinməlidir"
 
 Qeyd edək ki, ABŞ prezidenti Co Bayden, İngiltərə baş naziri Boris Conson və Avstraliyanın  baş naziri Scott Morrison çərşənbə günü ortaq bir bəyanatla yeni bir təhlükəsizlik əməkdaşlığı haqqında açıqlama veriblər. 
 
Bəyanatda bildirilib ki, Avstraliyanın donanmasını nüvə enerjisi ilə işləyən sualtı gəmilər ilə təchiz etmək Hind-Sakit okean bölgəsində sabitliyi təşviq edəcək və ortaq dəyərlərimizi və maraqlarımızı qorumaq üçün istifadə ediləcək. 
 

 

Google+ WhatsApp ok.ru