ABŞ ordusu İraqdan Suriyaya silah və avadanlıqlarla dolu 50 yük maşını göndərdi

ABŞ ordusu İraqdan Suriyaya silah və avadanlıqlarla dolu 50 yük maşını göndərdi

ABŞ ordusu silah, hərbi texnika və maddi-texniki təminatlı 50 hərbi yük maşını İraqdan Suriyaya göndərdi. Şənbə günü ABŞ hərbçiləri, Suriyanın şimal-şərqindəki Əl-Hasakə əyalətindəki bazalarına içi silah-sursatla və digər hərbi avadanlıqla dolu 50-yə yaxın hərbi nəqliyyat vasitəsindən ibarət karvan çatdırıb.
 
 
Maide.Az "deyerler.org"-a istinadən verdiyi xəbərə əsasən, Əl-Hasakə əyalətindəki yerli mənbələr, ABŞ-ın hərbi işğalçı qüvvələrinin, İraqın Əl-Vəlid keçidindən qanunsuz olaraq hərbi texnika və maddi-texniki təminat vasitələri daşıyan 50 hərbi nəqliyyat maşınını keçirdiyini bildirir. Mənbələrə görə, ABŞ qanunsuz hərəkətlərinin davamında, öz bazalarına bir neçə yük maşını, neftboşaldan tanker, piyada daşıyıcısı və bir neçə zirehli daşıyıcı maşın karvanı göndərib.
 
"2019-cu ilin sonlarında ABŞ prezidenti ABŞ qoşunlarını geri çəkmək planını təsdiqlədi. Lakin, daha sonra öz hökumət üzvlərinin təzyiqi ilə ABŞ-ın Suriyanın şimal-şərqindəki neft yataqları üzərində nəzarəti davam etdirmək üçün İraqda təxminən 1000 əsgər saxlamaq ərarına gəldi.
 

Google+ WhatsApp ok.ru