ABŞ ordusu və kəşfiyyatı dinc əfqanların öldürülməsini bir-birinin üstünə atır 20 Sentyabr 2021 09:14 Dünya ABŞ-ın Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Frenk Makkenzi iddia edib ki, Birləşmiş Ştatlar aviasiyasının Əfqanıstanın paytaxtı Kabilə bir müddət əvvəl 10 dinc sakinin həyatına son qoymuş hava zərbəsi kəşfiyyat orqanlarının təcili məlumatı əsasında endirilib. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də öz növbəsində ordunun ərazidə dinc sakinlərin olması barədə xəbərdar olunduğunu iddia edib. Frenk Makkenzinin sözlərinə görə, avqustun 29-da ABŞ-ın Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtında humanitar təşkilatın əməkdaşının avtomobilinə zərbə endirib, nəticədə 10 dinc sakin, həmçinin 7 uşaq həlak olub. General Amerika kəşfiyyatını dolayısı ilə tənqid edib. MKİ-yə yaxın mənbələr CNN-ə bildiriblər ki, ABŞ ordusuna “Hellfire” raketi ilə həyata keçirilmiş zərbəsindən az əvvəl bu ərazidə dinc sakinlərin olması barədə məlumat verilib. Vurğulanır ki, MKİ hərbçilərə hücum zonasında mülki şəxslərin, avtomobildə isə uşaqların olması haqqında xəbərdarlıq göndərib. CNN kəşfiyyat mənbələrindən sızan bu informasiyadan sonra diqqəti Makkenzinin açıqlamasına yönəldib. General bildirib ki, ordunun hücumundan əvvəlki 48 saat ərzində məxfi kəşfiyyat məlumatları alıb. Məlumatlarda bildirilib ki, evdə İŞİD döyüşçüləri var və bu rayonda hücumlar təşkil edilə bilər. /Report / Teqlər : #ABŞ,#ordusu,#və,#kəşfiyyatı,#dinc,#əfqanların,#öldürülməsini,#birbirinin,#üstünə,#atır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran və Türkmənistan qaz probleminin həllinə dair razılığa gəlib İngiltərə və Fransa müdafiə nazirlərinin görüşü mübahisə səbəbindən ləğv edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO