ABŞ İraqdakı qüvvələrinin gələcəyilə bağlı rəsmi Bağdada hərtərəfli danışıqlar təklif edib

ABŞ İraqdakı qüvvələrinin gələcəyilə bağlı rəsmi Bağdada hərtərəfli danışıqlar təklif edib

ABŞ İraqdakı hərbi qüvvələrinin bu ölkədə qalıb, qalmaması ilə bağlı rəsmi Bağdadla geniş miqyaslı danışqılar aparmağı təklif edib.
 
Maide.Az SalamNews-a istinadla xəbər verir ki,  bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.
 
Ötən gün keçirilən mətbuat konfransında ABŞ dövlət katibi bildirib ki, rəsmi Vaşinqton iyun ayında İraqla hərtərəfli danışıqlara başlamaq təklifi verib.
 
Danışıqlardan məqsəd İraq-ABŞ strateji əlaqələrini müzakirə etmək və bu ölkədəki hərbi qüvvələrin vəziyyətinə aydınlıq gətirməkdir.
 
Qeyd edək ki, ABŞ və onun koalisiyasında olan qüvvələr son ay ərzində İraqda 6 hərbi qərargahı tərk edərək, onların orduya təhvil veriblər. Fransa və Çexiya qüvvələri ölkəni tərk etsələr də ABŞ bu 6 qərargahdan çıxan qüvvələrini Eynul-Əsəd və əl-Hərir bazalarına toplayıb. ABŞ əlavə olaraq bu iki hərbi qərargaha "Patriot" havadan müdafiə sistemləri gətirib.

Google+ WhatsApp ok.ru