ABŞ Səudiyyəyə yarım milyard dollarlıq idarəolunan raketləri satır 25 Dekabr 2020 16:49 Yəmən Prezident Donald Trampın Administrasiyası Səudiyyə Ərəbistanına 478 milyon dollar dəyərində idarəolunan bombaların satılması haqda Konqresə məlumat verib. SalamNews bu barədə Vaşinqton Post-a istinadla məlumat verir. Tanınmış ABŞ qəzeti öz mənbələrinə istinadla bildirib ki, ABŞ hökuməti Səudiyyə Ərəbistanına təxminən yarım milyard dollar dəyərində 7500 ədəd "Paveway IV" idarəolunan bombanın satılışı haqda Konqresə məlumat verib. ABŞ-da Qanunvericilik qurumlarındakı bir sıra qüvvələrin Səudiyyə Ərəbistanında insan hüquqlarının vəziyyətilə bağlı mülahizələrini nəzərə alaraq, bu silah müqaviləsinin müəyyən maneələrlə üzləşəcəyi təxmin edilir. Donald Tramp Administrasiyası sözügedən silah müqaviləsini gələn ayın 20-ə qədər (hazırki prezidentin səlahiyyət müddətinin bitəcəyi zaman) həyata keçirməyə çalışır. Xatırladaq ki, artıq 6 ilə yaxındır ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin təcavüzü nəticəsində çox sayda mülki həyatını itirib. Lakin onlar barədə dəqiq statistika yoxdur. Teqlər : #ABŞ,#Səudiyyəyə,#yarım,#milyard,#dollarlıq,#idarəolunan,#raketləri,#satır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə koalisiyasının Yəməndəki cinayətlərinin statistikası yayımlandı Yəmənli rəsmi Qüds uğrunda müharibədən danışdı
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'