ABŞ səfirliyi rusiyalılara viza verilişini dayandırır

ABŞ səfirliyi rusiyalılara viza verilişini dayandırır

ABŞ-ın Moskvadakı səfirliyi 12 may tarixindən etibarən diplomatik vizalar xaricində  konsul xidmətlərini göstərməkdən imtina edəcək və rusiyalılara viza verilişini dayandıracaq.
 
Maide.Az "polit.ru" saytına istinadla xəbər  verir ki, bu məlumat səfirliyin saytında yer alıb.
 
Bu qərar Moskvanın ABŞ-ın Rusiyadakı səfirliyində yerli vətəndaşların işləməsini qadağan etməsinə cavab olaraq qəbul olunub.
 
Vizaların yalnız fövqəladə hallarda veriləcəyi vurğulanıb.
 
Bundan əlavə, Rusiyada viza müddəti bitmiş ABŞ vətəndaşlarına iyunun 15-dək Rusiya Federasiyasını tərk etmələri tövsiyə olunur. Belə ki, pandemiya səbəbiylə əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Rusiyadan qovmağı və deportasiya etməyi qadağan edən fərman bu tarixdə qüvvədən düşür.
 
“Bu tarixdən sonra Rusiyada qalmağı planlaşdırırsınızsa, lazımı sənədləşmə işlərinə başlamaq üçün daxili işlər nazirliyinin yerli ofisini ziyarət edin”, – səfirlik əlavə edib.
 
 

Google+ WhatsApp ok.ru