ABŞ İsmail Haniyəni `qara siyahı`ya salıb

ABŞ İsmail Haniyəni `qara siyahı`ya salıb

-- Fələstin Xalq Partiyası, İslami Cihad və digər bir sıra Fələstin təşkilatları..

ABŞ Fələstinin Qəzzadakı sabik rəhbəri,  Həmas-ın siyasi büro rəhbəri  İsmail Haniyəni  “qlobal terror” siyahısına aldığını açıqlayıb. 
 
Maide.Az “cnnturk”-ə istinadən xəbər verir ki, ABŞ  Xarici İŞlər Nazirliyinin açıqlamasında  İ.Haniyənin  adının “Xüsusi təşkil edilən qlobal terroristlər” siyahısına salındığı bildirilir. 
 
Açıqlamada həmçinin İ.Haniyənin  Sabirin Hərəkatı, Liva Sevra və HASM  hərakatı adlı  təşkilatlarda  “qlobal terror” siyahısına salınıb. 
 
Məlumatda qeyd olunur ki, həmçinin ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin İdarə Edilməsi İdarəsi (OFAC) tərəfindən sanksiya siyahısına İsmayıl Haniyənin də adı daxil edilib.
 
Fələstin Xalq Partiyası, İslami Cihad və digər bir sıra Fələstin təşkilatları  İsmail Haniyənin ABŞ tərəfindən qara siyahıya alınması pislənilib.  “ABŞ-ın qərarı, İsrail  işğalı lehinədir və bu ölkənin tərəfbaz olduğunu göstərir. ” 
 
Qeyd edək ki, Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Fələstinə qarşı ABŞ-ın təzyiq siyasəti güclənib. Qüdsü Fələstinin paytaxtı kimi seçilməsi də bu planın tərkib hissəsidir.
 

Google+ WhatsApp ok.ru