ABŞ strateji ehtiyatdan xam neft satışını dayandırdı

ABŞ strateji ehtiyatdan xam neft satışını dayandırdı

ABŞ-ın Energetika Nazirliyi strateji ehtiyatdan xam neft satmaq barədə daha əvvəlki qərarını ləğv edib.
 
Bu barədə qurumun sözçüsü Cess Şimanski açıqlama verib.
 
“Neft bazrındakı son vəziyyəti nəzərə alaraq, strateji neft ehtiyatından daha əvvəlki qərara müvafiq olaraq xam neft satışını dayandırırıq. İndi satış vaxtı deyil. Vəziyyəti izləməyə, neft bazarlarını dəyərləndirməyə davam edərək dəyişikliklərə dair yeni məlumatlar verəcəyik”, - C.Şimanski bildirib.
 
Qeyd edək ki, xam neftin satışına dair hərrac mart ayının 10-na təyin olunmuşdu.
 
Ayın əvvəlinə olan məlumata görə, 635 milyon barel neftin olduğu strateji ehtiyatlardan aprel-may aylarında tədarük etmək şərtilə satış üçün 12 milyon barel xam neft ayırmaq nəzərdə tutulmuşdu.
 
Sözügedən hərrac dövlət anbarlarını əsaslı təmir etməyə vəsait əldə etmək üçün hələ 2015-ci ildə Barak Obama hökuməti tərəfindən elan olunmuşdu. Donald Tramp administrasiyası strateji neft ehtiyatlarından bu il ərzində 15 milyon barel, 2027-ci ilədək isə 270 milyon barel satmaq niyyətindədir. /Report

 

Google+ WhatsApp ok.ru