Çin ABŞ-ın Tayvana silah satışına qarşı tədbir görəcək - YENİLƏNİB 05 Avqust 2021 10:51 Dünya 14:20 Çin hökuməti ABŞ-ın Tayvana nəzərdə tutduğu 750 milyon dollar məbləğində silah və hərbi texnika satışı ilə bağlı cavab tədbirləri görəcək. “Report” TASS-a istinadən xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında ABŞ-ın bu addımı onların “daxili işlərinə kobud müdaxilə” olaraq dəyərləndirib. Belə ki, ABŞ Dövlət Departamenti ötən gün Tayvana 40 ədəd yeriyən hava topu və onlar üçün sursat satışını təsdiqlədikləri barədə Konqresə bildiriş göndərib. Bununla bağlı rəsmi Pekin Vaşinqtona qəti etirazını bildirib. *** ABŞ Prezidenti Co Bayden Tayvana 750 milyon dollar məbləğində ilk silah satışını təsdiqləyib. Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamenti Tayvana silah satışı barədə Konqresi məlumatlandırıb. Bildirilib ki, silah müqaviləsinə görə, ABŞ Tayvana 40 yeni M109 haubitsası satacaq. Teqlər : #Çin,#ABŞın,#Tayvana,#silah,#satışına,#qarşı,#tədbir,#görəcək,#YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Əli (ə) ziyarətgahında 'Mübahilə günü' qeyd edildi - FOTO ATƏT Rusiyada seçkini izləməyəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO