ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxıb

ABŞ və NATO qüvvələri Əfqanıstandakı aviabazadan çıxıb

ABŞ hərbçiləri daxil olmaqla NATO qüvvələri Əfqanıstanın Pərvan əyalətinin Baqram şəhərindəki aviabazanı tərk edib.
 
Bu barədə iyulun 2-də ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.
 
“Koalisiya qüvvələrinin hamısı Baqramı tərk edib”, - nazirlikdən bildirilib.
 
Lakin aviabazanın Əfqanıstan Silahlı Qüvvələrinin istifadəsinə veriləcəyi tarix açıqlanmayıb.
 
Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. /Report/ 
 

Google+ WhatsApp ok.ru