ABŞ vitse-prezidenti Bayden: `Mən də sionistəm`

ABŞ vitse-prezidenti Bayden: `Mən də sionistəm`

ABŞ vitse-prezidenti Co Bayden, Tramp dövründə də işğalçı İsrail rejimi ilə əlaqələrin güclü bir şəkildə davam edəcəyini bildirərək "Mən də sionistəm" ifadəsindən istifadə edib.
 
Maide.Az "dunyabulteni"nə istinadən xəbər verir ki, ABŞ vitse-prezidenti Co Bayden, dünya yəhudi konqresinin Nyu-Yorkdakı toplantısında, ABŞ prezidenti seçilən Donald Tramp rəhbərliyində, Amerika-İsrail ittifaqında hər hansı bir zəifləmə olmayacağını deyib. İclasda siyasi sionizmin banisi Theodor Herzl mükafatı təqdim edilən Bayden, sionist olduğunu deyib.
 
C.Bayden deyib ki, Yeni idarəetmədə, İsrail-Amerika münasibətlərində bir dəyişiklik gözləmirəm. Belə bir niyyət olsa belə Konqres və Amerika xalqı bunun reallaşmasına heç vaxt yol verməz.
 

Google+ WhatsApp ok.ru