Ağdamda qəzada 1 nəfər öldü, 3 nəfər xəsarət aldı

Ağdamda qəzada 1 nəfər öldü, 3 nəfər xəsarət aldı

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat haddisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi "QAZ-3129" və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi "VAZ-21011" markalı  avtomobillər toqquşub.
 
Hadisə nəticəsində N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib..
 
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru