Ağ ev: Əfqanıstanın dondurulmuş aktivləri buraxılmayacaq

Ağ ev: Əfqanıstanın dondurulmuş aktivləri buraxılmayacaq

Əfqanıstan aktivlərinin dondurulması səbəbindən humanitar böhran astanasında olduğu bir vaxtda, Ağ Evin sözçüsü Jan Saki  rəsmi  Vaşinqtonun bu aktivləri buraxmaq fikrində olmadığını söyləyib. 
 
Maide.Az xəbər verir ki,  J.Saki  Əfqanıstanda humanitar böhranla mübarizə aparmaq üçün G20 -nin fövqəladə toplantısından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi Vaşinqtonun Əfqanıstan aktivlərinin azad edilməsi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayıb. 
 
Qeyd edək ki, ABŞ Əfqanıstanın təqribən 10 milyard dollar  aktivini dondurub.  Beynəlxalq təşkilatlar Əfqanıstanda humanitar böhranın yaşanması ilə bağlı  xəbərdarlıq edib və bu ölkədə iqtisadi çöküşün qarşısının alınması üçün ölkələri Əfqanıstana yardım etməyə çağırır. Dünyannı “demokratiyaya” çağıran ABŞ hökumətinin bu addımı milyonlarla insanın həyatını məhv etməyə hesablandığı bildirilir. 

Google+ WhatsApp ok.ru