Ağ Evin qarşısında İsrail rejimi ilə razılaşmaya etiraz aksiyası keçirildi

Ağ Evin qarşısında İsrail rejimi ilə razılaşmaya etiraz aksiyası keçirildi

Fələstin əsilli ABŞ vətəndaşları və anti-sionist ortodoks yəhudiləri Ağ Evin qarşısında İsrail rejimi, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn rejimi arasında nail olunan münasibətlərin normallaşması razılaşmalarına etiraz ediblər.

 
Etirazçılar Ağ Evin qarşısındakı Lafayette Parkına toplaşaraq ABŞ-ın prezidenti Donald Tramp, BƏƏ və İsrail rejiminin əleyhinə şüarlar səsləndiriblər.
 
Bu rejimlərin liderləri və təmsilçiləri tərəfindən bu gün (16 sentyabr) Ağ Evdə imzalanan müqaviləyə reaksiya verən etirazçılar, razılaşmanın Fələstin xalqının hüquqlarını nəzərə almadığını vurğulayıblar.
 
Anti-Sionist ortodoks yəhudiləri tərəfindən qurulan “Neturei Karta İnternational” qurumunun üzvləri də, Netanyahu əleyhinə palkatlar qaldırıblar və “Fələstinə azadlıq”, “İsrail rejimi işğalı dayandır” şüarlarını səsləndiriblər.
 
Anadolu agentliyinin müxbirinə danışan qurumun liderlərindən olan ravvin Yisroel Dovid Veiss, razılaşmaya və İsrail rejiminin rəhbərliyinə sərt reaksiya verib.
 
Netanyahunun fələstinlilərə qarşı vəhşicəsinə rəftarı ilə yanaşı, İsrail rejiminin məhkəmələri tərəfindən korrupsiyada günahkar olduğunu xatırladan Veiss, belə deyib: “Cinayətkar bir şəxsdən qanuni bir razılaşma gözləmək olmaz. Bu razılaşmanın qanuni tərəfi yoxdur”./deyerler.org/
 
 
 
 

 

Google+ WhatsApp ok.ru