Afrika İttifaqı Qabondakı çevriliş cəhdini pisləyib

Afrika İttifaqı Qabondakı çevriliş cəhdini pisləyib

Afrika İttifaqı Qabonda bir qrup hərbçinin çevriliş cəhdini qətiyyətlə pisləyib. FaktXəbər bildirir ki, bu barədə ittifaqın komissiya sədri Musa Faki Mahamat öz Twitter səhifəsində yazıb.
 
“Afrika İttifaqı bu gün səhər Qabonda baş verən çevriliş cəhdini qətiyyətlə pisləyir. Mən Afrika İttifaqının hakimiyyətin konstitusiyadan kənar istənilən üsulla dəyişdirilməsinin qəbulolunmazlıgı barədə mövqeyini bir daha ifadə edirəm”,-deyə sədr vurğulayıb.
 
Qeyd edək ki, bu gün səhər saatlarında Qabonun paytaxtı Librevildə bir qrup hərbçi dövlət radiostansiyanı ələ keçirərək milli bərpa şurasının yaradıldığı barədə bəyanat vermişdi. Bundan bir neçə saat sonra isə qiyamçıların həbs edilməsi xəbəri yayılıb. /faktxeber/
 

Google+ WhatsApp ok.ru