Ali Lider: Amerika həmişə İrana zərbə vurmaq ardıncadır -(ƏLAVƏ OLUNUB)

*dördüncü abzasdan sonra əlavə olunub 
 
Ali Lider Ayətullah Seyyid Əli Xamenei bildirib ki, Amerika öz düşmənçiliyini gizlətmir və həmişə İrana zərbə vurmaq ardıncadır.
Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Xamenei çərşənbə günü Çahar Mahal və Bəxtiyari vilayətinin müxtəlif xalq kütlələri ilə görüşündə çıxışı zamanı bildirib ki, müzakirə ABŞ-ın nüfuzu və tələblərini qəbul etdirmək üçün vasitədir və İran İslam Respublikası yalnız nüvə məsələsində müəyyən səbəblərə görə ABŞ-la müzakirəyə razılaşdı. 
Nüvə müzakirələrində iranlı müzakirəçilərin aktiv iştirak etdiyini bəyan edən Ayətullah Xamenei bildirib ki, digər sahələrdə Amerika ilə müzakirəyə icazə vermədik və onlarla müzakirə etmirik. 
Ali Lider həmçinin düşmənlərin qarşısında İran xalqının güclənməsinin 3 yolu olduğunu bildirib. “ Güclü və möhkəm iqtisadiyyat, inkişafda olan elmin genişlənməsi və əsasən də gənclərdə inqilabçı ruhiyyəsinin qorunması və güclənməsini Amerikanın düşmənçilikləri ilə mübarizə üçün 3 təsiredici amildir” 
İsrail rejiminin İran ilə altılıq arasında imzalanmış nüvə razılaşması barədə iradlarına toxunan ali lider bildirib ki, İsrail rejiminin artıq nüvə razılaşmasından sonrakı 25 il müddətində narahatlıqları daha da artacaq: “Birincisi, Allahın köməyi ilə siz yaxın 25 ili görməyəcəksiniz. Çünki, yaxın 25 il ərzində artıq sionist rejim mövcud olmayacaq. İkincisi, bu müddət ərzində mübarizə və müqavimət ruhiyyəsi bir an belə sionist rejimi rahat qoymayacaq".
Ali Lider Amerikanın siyasətləri və nüfuz etmək metodları barədə xəbərdarlıq edərək İmam Xomeyninin (rə) ABŞ-a "böyük şeytan" ləqəbi verməsini dərin mənalı və ölçülmüş addım adlandırıb. 
İranda Pəhləvi rejimi dövründə amerikalıların qeyri-qanuni mənafeinin sona çatmasını onların İslam Respublikası və İran xalqı ilə sonsuz düşmənçilik və kin-küdurətinin əsas səbəbi adlandıran Ayətullah Xamenei deyib ki, Amerikalıların İrana qayıtmasına heç vaxt icazə vermək olmaz. 
Ali Lider amerikalıların İran xalqı ilə düşmənçiliyini sonsuz adlandırıb və deyib ki, hələlik İran və ABŞ-da taleyi  müəyyənləşməyən Yekun Müştərək Təşəbbüs Proqramından sonra bu günlərdə amerikalılar Konqresdə İrana qarşı problem yaratmaq üçün layihə və məkrli plan hazırlamaqla məşğuldurlar. 
Ayətullah Xamenei Amerikalıların məkrli planlarının sona çatmasının yeganə yolunu iranlıların milli iqtidarı adlandırıb və bildirib ki, İran xalqı elə bir şəkildə güclü olmalıdır ki, böyük şeytan öz düşmənçiliklərinin bəzi hissəsinin nəticəsindən məyus olsun. 
"İran İslam Respublikası ABŞ istisna olmalqa bütün ölkəlkərlə müxtəlif səviyyələrdə, dövlət, etniklər və dinlər səviyyəsində müzakirə və anlaşma tərəfdarıdır" -deyə Ayətullah Xamenei bildirib. 
2016-cı ilin fevral ayında İrana keçiriləcək İslam Şurası Məclisi və Rəhbərlik Xobrəqan Məclisinin seçkiləri barəsində bəzi məsələləri bəyan edən Ayətullah Xamenei  bildirib ki, hər bir seçkinin nəticəsi də insanların hər birinin səsi kimi xalqın haqqıdır və var-güclə xalqın bu haqqı müdafiə olunacaq. 
Ayətullah Xamenei elmi inkişaf və elmi inkişafın sürətinin qorunmasını önəmli məsələ adlandırıb və bildirib ki,xalqda müqavimət və inqilab ruhiyyəsinin gücləndirilməsi daxili güclənmənin ən yaxşı yollarındandır və rəsmilər inqilabçı gəncləri əzizləməlidirlər. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru