Alimentin miqdarı artırıldı

Alimentin miqdarı artırıldı

Bu il sabit pul məbləğində alimentin miqdarı 6 manat artırılıb. Huqşunas Tağı Hüseynov köhnə aliment məbləğinin yalnız məhkəməyə müraciət etməklə artırılacağını bildirib:
 
“Bu ildən sabit pul məbləğində alimentin miqdarı 160 manat olduğundan köhnə aliment məbləğini yalnız məhkəməyə müraciət etməklə artırmaq olar”. 
 
“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, məbləğlər aşağıdakı kimi müəyyən edilib:
 
Yaşayış minimumu ölkə üzrə - 180 manat, 
 
Əmək qabiliyyətli əhali üçün - 191 manat,
 
Pensiyaçılar üçün -149 manat, 
 
Uşaqlar üçün -160 manat,
 
Ehtiyac meyarı - 143 manat.
 
Əlilliyi olan şəxslərə verilən pensiyalar:
 
1-ci qrup - 74 manat, 
 
2-ci qrup - 61 manat, 
 
3-cu qrup - 52 manat”.
 

Google+ WhatsApp ok.ru