Ali Rəhbər Ayətullah Xamenei  Qədr gecələrinin əhəmiyyəti və İmam Əlinin (ə) şəxsiyyəti haqqında

Ali Rəhbər Ayətullah Xamenei Qədr gecələrinin əhəmiyyəti və İmam Əlinin (ə) şəxsiyyəti haqqında

 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün "Müəllim" və "Zəhmətkeşlər" günü münasibətilə canlı yayımda çıxış edib.
 
Maide.Az xəbər verir ki, çıxışının əvvəlində Ali Rəhbər Ayətullah Xamenei Qədr gecəsinin əhəmiyyətindən danışıb. 
 
"Ramazan ayının zirvəsi mübarək Qədr gecələridir. Biz bu zirvəyə gəlib çatmışıq. Bu gecənin misilsiz təvəssül, raz-niyaz və dua imkanından istifadə edək. Bu ay ilahi ziyafət ayıdır. Ən üstün ilahi ziyafət elə bu mübarək günlərdədir.
 
Oxuduğunuz dualar və axıtdığınız göz yaşları, bütünlüklə, ilahi ziyafətlərdir. Bunların qədrini bilin. Özünüz, din qardaşlarınız, ölkəniz və cəmiyyətiniz üçün dua edin. Allahdan istəyin və əmin olun ki, istəkləriniz qəbul olunacaq. Rəvayətlərdə bildirilir ki, dua edərkən duanızın qəbul olunacağına da əmin olun.
 
Bəzən, bizdə ilahi rəhmət və lütfü qəbul etmək potensialı olmur. Çalışaq ki, daha çox raz-niyaz və tövbə etməklə özümüzü ilahi rəhməti qazanmaq üçün hazırlayaq. Qədr gecələrindən daha ikisi qarşıdadır. Hamınızdan mənim üçün də dua etməyinizi istəyirəm."
 
Ali Rəhbər çıxışının davamında İmam Əmirəlmöminin Əlinin (ə) şəxsiyyəti haqqında da söz açıb. 
 
"Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətini tanıtdırmaqda bir mərhələ imamət məsələsidir. İmamət din və dünyaya rəhbərlik etməkdən daha önəmli məna daşıyır. Bu imamət, həmin Həzrət İbrahimə (ə) qocalıq yaşında, ömrünün sonunda verilən imamət idi ki, Quran ayəsi buyurur:   "قال انّى جاعلک للنّاس اماما" (“Səni insanlara imam təyin etdim!”) Bu, imamət həmin imamətdir. 
 
İmamət məsələsi bizim tərəzimizlə ölçülə bilməz. Bu yüksək bir vəzifədir və bizim anlayışımızdan kənardır. Məsumların özlərindən başqa, ali imamət anlayışlarına yiyələnmiş  alimlər də olmuşdur. Bəlkə bizim vaxtımızda da, bizdən öncə də bu məqama çatmış şəxslərin adlarını uzaqdan-uzağa eşitmişik. Mərhum Mirzə Cavad Ağa Təbrizi "Əl-Müraqibat" kitabında bu barədə bəzi mətləbləri qeyd edib. Bizim bu məqama çatmaq imkanımız yoxdur. Lakin bu məqamlardan əlavə, Əmirəlmöiminin Əli (ə) dünya rəhbərliyində də misilsiz bir şəxsiyyətdir və Peyğəmbərdən sonra, bəlkə də bu xüsusiyyətlərlə kimsəni tapmaq olmaz. Elə bu səbəbdəndir ki, həm şiələr, həm qeyri-şiələr, həm də heç bir dinə mənsub olmayanlar Əmirəlmöminin Əlini (ə) sevir və ona xüsusu məhəbbət bəsləyirlər."
 
Ayətullah Xamenei Əmirəlmöminin Əlinin digər diqqət çəkən xüsusiyyətlərinin ilk növbədə barışmaz, geniş və heç bir şeyi nəzərə almadan ədalətli olması xüsusiyyətinə də toxunub. "İnsan o Həzrətin bu möhtəşəm ədaləti, yaxud özünəməxsus zahidliyi və dünyaya etinasızlığı haqqında eşidəndə, heyrətə gəlir. Bu böyük şəxsiyyət dünyanı abad edirdi, lakin özü üçün bir şey istəmirdi. Bu heyrətamizdir. O Həzrətin şücaəti, mehriban qəlbi, zorakılara qarşı qətiyyətli olması, haqq yolunda fədakarlığı, hikmətli kəlamları və davranış tərzi bu böyük şəxsiyyətin həyatından nümunələrdir.
Həm şəxsi işlərdə, həm də hökumət ilərində o Həzrətə iqtida etmək lazımdır. Biz bu gün həmin ədalətə, şücaət və zahidliyə əməl və rəftarımızda əməl etməliyik, lakin çox geridəyik və irəliyə doğru çalışmalıyıq."
 
Ali Rəhbər Həzrət Əmirəlmöminin Əinin zərbətləndiyi gündən və o Həzrətin şəhadətə şövqündən də danışıb. 
"Həzrət buyurur: Fitnədən söz açan ayəni eşitdikdə, anladım ki, bu fitnə Peyğəmbərin (s) yaşadığı dövrdə baş verməyəcək və o Həzrətin ölümündən sonraya aiddir.
 
Rəsuli-Əkrəm (s) bu məsələni öz qabaqcıl şagirdi Əmirəlmömin Əliyə (ə) bəyan etdikdə, Əmirəlmömin Əli (ə) həyacanlanır və bir cümlə deyir: “Mən Peyğəmbərə ərz etdim ki, Ühüd döyüşündə Həmzənin şəhid olduğunu xatırlayırsınızmı? Mən o qədər yara alsam da, şəhid olmadım. Bu mənə çox ağır gəldi ki, mən geridə qaldım və şəhid olmadım. Xatırlayırsınızmı?” Peyğmbər buyurdu: “Sən də şəhid olacaqsan.”
 
Həzrət Əli (ə) soruşur: “Bir neçə il keçib, bəs, niyə şəhid olmamışam?” Peyğəmbər (s) buyurur: “Sən də şəhid olacaqsan.”
Sonda Peyğəmbər (s) buyurur: “Sənin bu şəhidliyə səbrin neçə olacaq?” Peyğəmbərdən sonrakı çətinliklərlə dolu  mübarizə meydanında şəhid olmaq daha önəmlidir.
Həzrət Əli (ə) ağır bir dövrdən sonra şəhid oldu. Odur ki, Peyğəmbər (s) buyurur: “Sənə şəhidlik nəsib olanda, bu şəhidliyə necə səbir edəcəksən?” Həzrət Əli (ə) dedi: “Bura səbir yeri deyil, səbir acı yerlərə aiddir. İnsan burada şükür etməlidir.” Şəhidlik arzusu Həzrət Əlinin (ə) xüsusiyyətidir.
 
Allaha şükürlər olsun ki, bizim dövrümüzdə də fədakar kişilər olub və var. Çoxlarının bu xüsusiyyətdə Əmirəlmöminin Əliyə (ə) iqtida etdiyini və şəhadətə eşq bəslədiyini görmüşük. Allah-Taala da onlara bunu nəsib edib. Şəhid Süleymanini hədələyirdilər ki, səni öldürəcəyik. O da öz dostlarına belə deyirdi: “Məni elə şeylə hədələyirlər ki, mən onu dağda-dərədə arayıb-axtarıram.” İnşallah, Allah bizi bu böyük xüsusiyyətə sahib olanlardan qərar versin.
 
Ayətullah Xamenei çıxışının davamında "Müəllimlər" və "Zəhmətkeşlər" günü münasibətilə müəllim və fəhlələrin qayğılarından danışıb, daha sonra ölkədə keçiriləcək seçkilər və bir sıra digər məsələlər haqqında tövsiyələr verib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru