Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi - FOTO

Ali Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi - FOTO

Şəhidlər ağası və öndəri Həzrət Əba-Əbdillah Hüseynin (ə) şəhadətinin ərbəini (qırxgünlüyü) münasibətilə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə matəm mərasimi təşkil edildi.

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki,  mərasim tələblərin toplaşdığı Tehran universitetindən İmam Xomeyni (r.ə) adına hüseyniyyə ilə video konfrans formatında təşkil olunub. 
 
Ali Rəhbər Ayətullah Xamenei  mərasimdə çıxış edib və  Aşura günündən  Ərbəin gününə qədərki dövrü İslam tarixində çox önəmli bir  dövr adlandırıb. 
 
Ali Rəhbər bildirib ki, əgər Aşura günü əziz və dəyərli canların  fədakarlığı və cihadın ən uca zirvəsi günü idisə,  ondan sonrakı 40 gün  həqiqətlərin ifşası və bəyan edilməsi üçün  cihadın ən uca zirvəsi idi.  Bu bəyan İmam Səccadın (ə), Həzrət Zeynəbin (s.ə), Həzrət Ümmü-Kulsumun (s.ə) cihadı və Peyğəmbər Əhli-beytinin inanılmaz səbri idi və  bu fədakarlıqlar Kərbəla qiyamının əbədi qalmasına səbəb oldu.
 

 

Google+ WhatsApp ok.ru