Ali Rəhbər Xanım Zəhranın (s.ə) mövludu münasibətilə Əhli-beyt (ə) məddahları ilə görüşüb - FOTO

Ali Rəhbər Xanım Zəhranın (s.ə) mövludu münasibətilə Əhli-beyt (ə) məddahları ilə görüşüb - FOTO

Bu gün səhər – İslam Peyğəmbərinin (s) istəkli qızı Siddiqeyi-Kubra, Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günün ildönümündə Ali Rəhbər Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) adına hüseyniyədə şairlərdən və Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Əhli-beyt (ə) məddahları və söz ustadları Ali Məqamlı Rəhbərin qarşısında nəciblik və iffət simvolu olan o əzəmətli xanımın fəzilətlərinə və məziyyətlərinə həsr edilmiş, habelə inqilabi və ictimai məzmunlu şeirlər oxuyub. 
    
Görüşdə Ayətullah Xamenei poeziya ustadlarını bəşər tarixinin ən əzəmətli qadını və İslam ümmətinin fəxri olan Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibətilə təbrik edib. 

Google+ WhatsApp ok.ru