Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib 30 Yanvar 2022 15:53 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini Tehranda İmam Xomeyni hüseyniyyəsində qəbul edib. Maide.az "Leader.ir" saytına istinadla xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün bir sıra tövsiyələr verib. "Ölkə rəsmilərinin öhdəsində iki əsas iş durur. Birincisi, ölkə sənayesini inkişaf etdirmək üçün strateji yol xəritəsinin hazırlanması. İkincisi, mərkəzləşdirilmiş idarəetmənin yaradılması. Ölkə rəsmilərinin iqtisadi fəaliyyətə müdaxiləsinin əleyhinəyəm, lakin məsul şəxslərin iqtisadi fəaillyətlərə nəzarət etməsi, yol göstərməsi və yardımını alqışlayıram." Ali Rəhbər düşmənlərin İranın iqtisadiyyatı əleyhinə müharibə elan etməsindən məqsədinin xalqı İslam Respublikası Sistemi ilə üz-üzə qoyması olduğunu bildirib və qeyd edib ki, bu gün ölkədə istehsal etmək və iqtisadi fəaliyyət cihaddır. Çünki bu gün düşmən ölkənin iqtisadiyyatı ilə düşmənçilik edir və onların bu hücumları qarşısında mübarizə aparmaq cihaddır. Teqlər : #Ali,#Rəhbər,#ölkənin,#bir,#qrup,#istehsalçısı,#iqtisadi,#və,#sənaye,#müəssisə,#rəhbərləri,#və,#işçilərini,#qəbul,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali Rəhbər Xanım Zəhranın (s.ə) mövludu münasibətilə Əhli-beyt (ə) məddahları ilə görüşüb - FOTO Ali Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi - FOTO
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB