Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) məscidini dağıtmaq istəyir 01 Dekabr 2020 10:59 Dünya Ali Səud rejimi Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidi dağıtmaq istəyir Maide.Az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanlı fəal Adil əs-Səid deyib. O bildirib ki, Ali Səud rejim rəsmiləri Əvamiyyə şəhərində İmam Hüseyn (ə) adına olan məscidin dağıdılması göstərişini artıq verib. "Şəhid Nimr bu məscidin imam camaatı və xətibi olduğu üçün , məscid bir simvola çevrilib. Buna görə Ali Səud rejim rəsmiləri məscidi dağıtmaq istəyir". O qeyd edib ki, Ali Səud rejimi Qətif bölgəsində şiələr əleyhinə vəhşicəsinə müharibə aparır. "Onlar isətyir ki, Şəhid Nimrə aid olan hər bir şeyi məhv etsinlər, lakin hər nə etsələr də bu şəhid azadə insanların ilham vericisidir. A.Səid deyib ki, Əvamiyyə şəhər məscidinin dağıdılması hökumətin Qətifin mərkəzində yerləşən İnqilab xiyabanındakı binaları dağıtmaq layihəsi çərçivəsində həyata keçiriləcək. "Qətifdə ikinci etiraz dalğasından sonra hökumət Qətif bölgəsinin simvollarını dağıtmaqla İnqilabçı hərəkatdan intiqam alır." A.Səid həmçinin qeyd edib ki, ötən həftələr ərzində Ali Səud rejimi Qətif bölgəsində çox sayda ruhanini həbs edib. Teqlər : #Ali,#Səud,#rejimi,#Əvamiyyə,#şəhərində,#İmam,#Hüseyn,#(ə),#məscidini,#dağıtmaq,#istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘OPEC+’ nazirlərinin görüşü təxirə salınıb Beynəlxalq aviasiya əlaqələri 2-3 ilə bərpa oluna bilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO