Allah Afrikadakı ac körpələrə niyə yardım etmir? - Karikatura

Allah Afrikadakı ac körpələrə niyə yardım etmir? - Karikatura

Zaman-zaman dünyada yaşayan ateistlərin Allahın varlığını və ilahi dəyərləri inkar etmək üçün gətirdikləri ən mühüm arqumentlərdən biri dünyadakı məzlum insanların varlığı və niyə məhz Yaradan tərəfindən onlara kömək edilməməsi olub
 
Xüsusilə Afrikada aclıqdan əziyyət çəkən, səfil günüdə yaşayan afrikalı körpələrin və məzlum insanların fotolarını sosial şəbəkələrdə müxtləif başlıqlarla paylaşaraq insanların ilahi inancına şübhə toxumu səpməyə çalışırlar. Halbuki dünyada ac insanların mövcudluğu Allahın yox, məhz ədalətsiz imperialist güclərin dünya sərvətlərin qeyri-bərabər yiyələnmələrinə görədir. Belə ki, dünyanın mövcud təbii sərvətləri və resursları dünya əhalisinin sayından da çox insanın normal yaşamı üçün kifayətdir. Lakin dünyanın 20%-ni təşkil edən müstəmləkəçi və imperialist güclərin dünya sərvətlərinin 80%-dən çoxuna yiyələnməsi, yerdə qalan 80% əhalinin isə 20% sərvətə sahib olmaları belə bir ədalətsiz və acı mənzərə yaradıb.
 
Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, Allah insanı faili-muxtar yaradıb və insan öz yaşamı, həyat mücadiləsi ilə sonunda ona təyin edilmiş mükafata yiyələnəcək.   
 
İndi illərdir sözügedən güclər öz tamahkarlıqlarına və müstəmləkəçilik siayasətlərinə don geyindirmək üçün ac və səfil gününə qoyduqları dünya insanının faciəsini Allahın üzərinə atmaq istəyirlər. (islaminsesi) /

Google+ WhatsApp ok.ru