Azərbaycan Milli Məclisinin sədri İran Prezidenti ilə görüşüb 06 Avqust 2021 15:13 Ölkə Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə görüşüb. Maide.Az "APA"a istinadla xəbər verir ki, İran-Azərbaycan münasibətlərinin arzuedilən səviyyədə olduğunu vurğulayan Ayətullah Seyid İbrahim Rəisi Azərbaycan-İran münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu bildirib, ölkəsinin özəl şirkətlərin Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka, texniki, mühəndis və infrastruktur layihələrində əməkdaşlığa hazır olduğunu bildirib. Seyid İbrahim Rəisi İranın Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab etdiyini söyləyib: “İki ölkə ikitərəfli və regional müstəvidə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edə, iki ölkənin maraqlarını sıx və effektiv koordinasiya edə bilər”. Milli Məclisin sədri isə İran Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini çatdırıb. S. Qafarova Seyid İbrahim Rəisinin prezidentliyi dövründə Azərbaycan və İran münasibətlərinin inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb: “İran şirkətlərinin Azərbaycanda müxtəlif layihələrdə iştirakından da məmnun olarıq”. Teqlər : #Azərbaycan,#Milli,#Məclisinin,#sədri,#İran,#Prezidenti,#ilə,#görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şənbə gününün hava proqnozu açıqlanıb Azərbaycan dili fənni üzrə növbəti test imtahanı keçiriləcək