Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb

Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb

Bu il sentyabrın 26-da Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Almaniya Federativ Respublikası Seçki Komissiyasının sədri Georq Til bu gün Bundestaqda rəsmi nəticələri açıqlayıb.
 
Rəsmi nəticələrə əsasən, Almaniya Sosial-Demokrat Partiyası 25,7% səslə seçkidə qalıb gəlib.
 
Mühafizəkar Xristian-Demokrat və Xristian-Sosialist ittifaqları bloku 24,1% səs toplayıb. Bu, blokun tarixində ən pis göstəricidir.
 
Liberal Azadlıq Demokratik Partiyası seçicilərin 11.5%, “İttifaq-90/”Yaşıllar” 14,8, “Almaniya üçün Alternativ” partiyası 10,3% səsini alıb. Həmçinin, Sol Partiya 4,9% səslə Bundestaqa düşə bilib.
 
Qeyd edək ki, Federal Seçki Komissiyası parlament seçkilərində seçici fəallığının 76,6% olduğunu açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru